Xanoğlan Ramazanov kimdir? – Məşhurlar ondan danışırbackend

Xanoğlan Ramazanov kimdir? – Məşhurlar ondan danışır

Son dövrlər cəmiyyətin həyatında ciddi dəyişikliklər baş verməkdədir və bu dəyişikliklər özəl sektorundan da fəaliyyətindən yan ötməyib. 2018-ci ildən ölkəboyu müşahidə olunan instusional islahatlar sahibkarların da şəffaf idarəetməyə olan marağını artırıb. Müasir dövrün çağırışlarına cavab verən, öz fəaliyyətini buna uyğunlaşdıran şirkətlərin və sahibkarların sayı artmaqdadır. Belə sahibkarlardan biri də “Qanun mühasibatlıq xidmətləri” şirkətinin, eyni zamanda “Hanoglu Baklava & Lokum” brendi ilə tanınan “Hanoglu” və “Xarı Bülbül Aqro” şirkətlərinin təsisçi Xanoğlan Ramazanovdur.

SOSİUM.az özəl sektorun fəaliyyətini təşviq etmək, mövcud bazar iqtisadiyyatı şəraitində peşəkar fəaliyyəti ilə diqqətçəkən şirkətləri və sahibkarları tanıtmaq məqsədilə məşhurların onlarla bağlı fikirlərini təqdim edir.

Məlumat üçün deyək ki, X.Ramazanov 2011-ci ildən maliyyə və mühasibatlıq sahəsində çalışır. 2020-ci ildən isə “Qanun mühasibatlıq xidmətləri” şirkətini təsis edib. Şirkət hüquq, maliyyə mühasibatlıq, audit və kadr xidmətlərini həyata keçirir. 50-dən çox şirkət və fərdi sahibkarların bütün mühasibatlıq, maliyyə, kadr və hüquq xidmətlərini həyata keçirən MMC zəngin korporativ müştəri portfelinə malikdir. Eyni zamanda “Hanoglu Baklava & Lokum” brendi ilə tanınan “Hanoglu” və “Xarı Bülbül Aqro” şirkətlərinin rəhbəridir.

Kamilə Əliyeva, Milli Məclisin deputatı, professor: 

– Möhtərəm Cənab Prezident İlham Əliyev dəfələrlə özəl sektorun inkişafının vacibliyindən danışaraq məmurlara xəbərdarlıq edib ki, sahibkarlara süni əngəllər yaratmasınlar. Bu gün Azərbaycanda kompleks islahatlar həyata keçirilir. Bu islahatlar hakimiyyətin bütün qollarını əhatə edir. Bütün sahələrdə mütərəqqi dəyişikliklər müşahidə olunur. Cənab Prezidentin də söylədiyi kimi, bu islahatlar idarəetməyə yeni nəfəs gətirilməsini, şəffaflığı və ölkə vətəndaşlarının rifahını hədəfləyir. Dövlət başçısının vurğuladığı kimi, özəl sektor üçün çox böyük imkanlar yaradılıb və belə bir şəraitdə sahibkarlar dürüst, təmiz işləyərsə, əyri yola getməyib, vergiləri gizlətməsələr, o zaman heç kim onlara mane ola bilməz. Bu isə öz növbəsində peşəkar maliyyə və mühasibatlıq şirkətlərinə olan marağı artırıb. “Qanun mühasibatlıq xidmətləri” şirkəti Azərbaycanın ən peşəkar maliyyə və mühasibatlıq şirkətlərindən biridir. Xanoğlan Ramazanovun rəhbərliyi altında peşəkar heyət sahibkarların problemlərini həll etməklə yanaşı, həm də bu sahənin tərəqqisinə öz töhfəsini verir. Biz gənclərə yalnız uğurlar arzulaya bilərik!

Tacirə İslamova, “FFF+N” şirkətinin təsisçisi, tərəqqi medallı sahibkar, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) üzvü:

– Xanoğlan Ramazanovu qısa müddətdir tanısam da, onun barəsində fikirlərim çox yüksəkdir. Maliyyə və mühasibatlıq sahəsinin incəliklərinə bələd olan, daim öz üzərində işləyən, mövcud reallıqlara söykənən yanaşma tərzi olan bir peşəkardır. Onunla təmaslarım zamanı aydın şəkildə müşahidə edirəm ki, biznesin bütün sahələrindən xəbərdardır. Biz adətən nəyə şahid oluruq? Əksər mühasiblər ənənəvi qaydalara üstünlük verirlər və ortaya hər hansı spesifik problem çıxan zaman çıxış yolunu tapmaqda çətinlik çəkirlər. Xanoğlan isə hər bir sahə üzrə fərqli yanaşması olan bir mütəxəssisdir. Eyni zamanda çox çalışqandır, ictimai tədbirlərdə fəaldır və sosial-korporativ məsuliyyət hissi olan bir gəncdir.

Tural Mustafayev, “Marsol” MMC-nin təsisçisi və direktoru:

– “Qanun mühasibatlıq xidmətləri” şirkəti “Marsol” klubunun fəal üzvlərindəndir. Biz onların fəaliyyətinə yaxından bələdik. Təsadüfi deyil ki, klubumuza aid şirkətlərin bir çoxu öz maliyyə və mühasibatlıq işlərini bu şirkətə həvalə edib. Çünki “Qanun mühasibatlıq xidmətləri” MMC peşəkar heyət və fərqli yanaşması ilə bazarda özünəməxsus yer qazanıb. A-dan Z-yə bütün maliyyə işlərini bu MMC-yə etibar edən şirkətlər şirkətin fəaliyyətindən çox razıdırlar. Bunu çoxsaylı görüşlər və təmaslarımız zamanı müşahidə edirik. Şirkətin rəhbəri Xanoğlan Ramazanov daim öz üzərində işləyən, müasir dövrün tələbləri ilə ayaqlaşan peşəkar bir mütəxəssisdir. Eyni zamanda yüksək menecerlik xüsusiyyətlərinə malikdir. Çox peşəkar komanda formalaşdıra bilib. Xanoğlan habelə “Hanoglu” və “Xarı Bülbül Aqro” şirkətlərinin rəhbəridir. “Hanoglu” şirniyyat evinin açılışında iştirak etmişəm. Çox keyfiyyətli məhsullar istehsal edirlər. Mən Xanoğlan Ramazanovun timsalında rəhbərlik etdiyi bütün şirkətlərin əməkdaşlarına uğurlar arzu edirəm!

Tural Əfəndiyev, Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) sədri, Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) rəsmisi:

– Bir idarəçi mütəxəssis və bu istiqamət üzrə doktorant olan biri kimi hesab edirəm ki, maliyyə və mühasibatlıq xidmətləri hər bir şirkətin bel sütunudur. Təəssüf ki, bir çox şirkətlər ənənəvi qaydalara söykənərək, mühasiblərə yalnız vergi hesabatı təqdim edən və bəzən vergidən yayına bilən kadr kimi yanaşırlar. Halbuki bu kökündən yanlış yanaşmadır və mühasibin fəaliyyəti təkcə vergi hesabatları təqdim etməkdən ibarət deyil. Şirkətlərin fəaliyyətinin artırılması, gəlirlərinin çoxalması, inkişaf etdirilməsi zamanı mühasiblərin də üzərinə böyük məsuliyət düşür və bu xüsusda onların peşəkarlığına xüsusi ehtiyac var. Bir çox hallarda məhz mühasiblərin uğursuz fəaliyyətinin nəticəsində bəzi şirkətlər küllü miqdarda zərərə uğrayırlar. Mühasib problemləri əvvəlcədən görməli, daxili nəzarət, risklərin idarə eilməsi, qiymətləndirmə, mənfəətin əldə edilməsi və s. mövzularda dərin biliklərə malik olmalıdır. “Qanun mühasibatlıq xidmətləri” şirkəti yaradıcı və spesifik yanaşması ilə peşəkar maliyyəçi Xanoğlan Ramazanovun rəhbərliyi altında çox uğurlu fəaliyyət göstərir və çoxvektorlu müştəri kontingentinin rəğbətini qazanıb. Təsadüfi deyil ki, onlarla şirkət “Qanun mühasibatlıq xidmətləri” MMC ilə əməkdaşlıq edir və onların sayı sürətlə artmaqdadır. Əminəm ki, qarşıdakı dövrlərdə bu şirkət daha böyük nailiyyətlərə imza atacaq.

Fərid Şahbazlı, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri:

– Dördüncü Sənaye İnqilabı dövründə rəqəmsallaşmanın əhəmiyyəti artır və insanlar sosial media platformaları üzərindən bir-birini tanımağa, dəyərləndirməyə müvəffəq olurlar. Belə bir şəraitdə özəl sektor təmsilçiləri üçün də öz məhsullarını təqdim etmək üçün unikal imkanlar yaranıb. Hansı şirkətlər və sahibkarlar ki, bundan düzgün istifadə edirlər, kifayət qədər uğurlu nəticələrə imza atırlar. “Qanun mühasibatlıq xidmətləri” şirkətinin fəaliyyəti ilə sosial media üzərindən tanışam. Kifayət qədər oturuşmuş şirkət təsiri bağışlayır və kiçik araşdırmalar zamanı məlum olur ki, peşəkar bir heyətə malikdir. Çox sevindirici haldır ki, son illər özəl sektorun da sosial məsuliyyət hissi və ictimai hesabatlılığı çoxalıb. Şübhəsiz ki, maliyyə və mühasibatlıq sahəsi hər bir qurumun bel sütunudur və bu mənada peşəkar xidmət göstərən müəssisələrin sayının artması labüddür. Mən bu şirkətə fəaliyyətində uğurlar arzu edir, onlara daha ciddi karyera uğurları arzu edirəm!

 // SOSİUM.az

  •  (0)
  •  (0)