Binəqədi rayonunda hündürmərtəbəli binalar təhlükə saçırbackend

Binəqədi rayonunda hündürmərtəbəli binalar təhlükə saçır

Söhbət Azadlıq metrosundan Corce Enesku adına salınan parka qədər olan ərazidəki binalardan gedir. Belə ki, Azadlıq prospekti boyunca inşa olunan bu binaların çöl fasadı artıq hissə-hissə qoparaq dağılmağa başlayıb.

Azmedia.Az redaksiyasına daxil olan videomaterialda təhlükənin ciddiliyi aydın şəkildə görünür. Paytaxt sakini ağır daşların zaman-zaman qoparaq hündür məsafədən yerə düşdüyünü, bunun da insanlar üçün həyati təhlükə yaratdığı bildirir. O, həmçinin Binəqədi Rayon İcra Hakimiyyətinin yaxınlığında baş verən bu təhlükəli vəziyyətin aradan qaldırılması üçün heç bir tədbir görülmədiyini də qeyd edir.

Xatırladaq ki, sözügedən ərazidə binanın üzərinə çəkilən keyfiyyətsiz üzlüklərə görə 2015-ci ilin 19 may tarixində 16 mərtəbəli yaşayış binası tamamilə yandı. Həmin fəlakət nəticəsində 15 nəfər həyatını itirdi, 64 nəfər isə yaralandı.

 

  •  (0)
  •  (0)