“Founder Club”un nəzdində “Founder Women Mərkəzi” fəaliyyətə başlayıb. Mərkəzdə təmsil olunan xanım iş adamlarını bir araya toplayan qurumun İdarə Heyətinin ilk yığıncağı keçirilib. Mərkəzin gələcək fəaliyyət istiqamətləri ilə bağlı qərarlar qəbul edilib və İdarə Heyətinin tərkibi formalaşdırılıb.
Tanınmış iş adamı, biznes-ledi, “VECON” şirkətinin direktoru, İradə Şükürova “Founder Women Mərkəzi”nin İdarə Heyətinin sədri seçilib. Qeyd edək ki, İ.Şükürova “Founder Club”un fəallarından biridir və biznes sferasında tanınmış simadır.
Mərkəzin İdarə Heyətinin digər üzvləri təqdim edirik:
İdarə Heyəti sədrinin köməkçisi Səmayə Dilanova -“Dilanova Samaya IS GROUP” şirkətinin direktoru
İdarə Heyətinin üzvü və hüquqi məsələlər üzrə kooordinator Günel Əliyeva – “Azer Legal” şirkətinin direktoru.
İdarə Heyətinin üzvü və təşkilati məsələlər üzrə kooordinator Zərifə Şabanova – “Elegance&Events” şirkətinin təsisçisi.
İdarə Heyətinin üzvü və beynəlxalq əlaqələr üzrə üzrə kooordinator Aynur Abbasova “Tailor’s Home” şirkətinin təsisçisi.
İdarə Heyətinin üzvü və beynəlxalq əlaqələr üzrə üzrə kooordinator
İdarə Heyətinin üzvü və ictimaiyyətlə əlaqələr üzrə koordinator Hökumə Xəlilova – “Türkel Media Group”un prezidenti.
İdarə Heyətinin üzvü və regional məsələlər üzrə kooordinator Kifayət Talıbzadə “Jorab.az” şirkətinin təsisçisi
İdarə Heyətinin üzvü və korporativ əlaqələr üzrə koordinator Mətanət Mədinəyeva “Başkent” restorannının həmtəsisçisi.
İdarə Heyətinin üzvü və korporativ əlaqələr üzrə koordinator Mətanət Mədinəyeva “Başkent” restorannının həmtəsisçisi.
İdarə Heyətinin üzvü, “Founder Club”un icraçı direktoru Fidan Qasımbəyli.