Azərbaycanda ən peşəkar maliyyə mühasibatlıq şirkəti hansıdır – DİQQƏT SORĞUYAbackend

Azərbaycanda ən peşəkar maliyyə mühasibatlıq şirkəti hansıdır – DİQQƏT SORĞUYA

Azərbaycanda son dövrlər həyata keçirilən və cəmiyyətin bütün təbəqəsini əhatə edən instusional islahatlar idarəetmədə şəffaflığa nail olmağa, korrupsiya və rüşvətxorluğu aradan qaldırmağa, kölgə iqtisadiyyatından uzaqlaşaraq şəffaf, azad rəqabət mühiti formalaşdırmağa, dövlət-özəl sektor əməkdaşlığını keyfiyyətcə yeni mərhələyə yüksəltməyə xidmət edir. Məhz elə bunun nəticəsidir ki, son illər özəl sektorun fəaliyyətində xüsusi canlanma müşahidə olunur.

Sosial Media Mərkəzi özəl sektorun fəaliyyətini təşviq etmək, istehlakçıları dolğun informasiyalarla təmin etmək, mövcud bazar iqtisadiyyatı şəraitində peşəkar fəaliyyəti ilə diqqətçəkən şirkətləri və sahibkarları tanıtmaq məqsədilə müxtəlif sahələrlə bağlı sosioloji sorğular kğeçirir.

Qeyd etdiyimiz kimi, özəl sektorda şəffaflığın təmin olunması, həm aidiyyatı dövlət qurumlarının, eləcə də səhmdarların və kreditorların öhdəliklərini təmin etmək baxımından peşəkar maliyyə sisteminin və komandasının olması başlıca şərtlərdən biridir. Beynəlxalq təcrübədə olduğu kimi, Azərbaycanda da əksər hallarda şirkətlər maliyyə və mühasibat xidmətlərini bu sahədə ixtisaslaşmış şirkətlərə həvalə edirlər.

Elə bu məqsədlə “Ən çox etibar etdiyiniz maliyyə mühasibat xidmətləri göstərən şirkətlər hansılardır” sualı ilə 111 respondent arasında keçirilən sosioloji sorğuya yekun vurulub. Sorğuda sahibkarlar, özəl sektorun təmsilçiləri, işgüzar simaların cəmləşdiyi assosiativ sahibkarlıq qurumlarının fəal üzvləri iştirak ediblər. Sorğunun nəticələrinə görə “Qanun mühasibatlıq xidmətləri” MMC üstünlük qazanıb.

Respondentlər peşəkar və operativ fəaliyyətinə görə, şirkətə və onun rəhbərinə etimad göstərdiklərini vurğulayıblar.

Qeyd edək ki, Xanoğlan Ramazanov 2011-ci ildən sözügedən sahədə fəaliyyət göstərir. 2020-ci ildən isə “Qanun mühasibatlıq xidmətləri” MMC-ni təsis edərək müştərilərinə kooperativ xidmət göstərməyə başlayıb.

“Qanun mühasibatlıq xidmətləri” şirkətinin fəaliyyəti…

Şirkət bir qisim hüquq, maliyyə mühasibatlıq, audit hə kadr xidmətlərini həyata keçirir. Hüquq xidmətlərinə əsasən şirkətlərin təsis edilməsi, asan imza sertifikatlarının təmin edilməsi, bank hesablarının açılması, ölkə daxili və ölkə xarici bütün növ müqavilələrin hazırlanması, təsis sənədlərində və reyestr məlumatlarında dəyişikliklər, tenderlərdə iştirakla bağlı lazımi sənədlər toplusununun hazırlanması və tenderlərdə iştirakın təmin edilməsini aid etmək olar.

Maliyyə xidmətlərinə ən qısa vaxt intervalında onlayn şəkildə bütün növ bank əməliyyatlarını – həm ölkə daxili, həm də ölkə xarici bank ödənişlərinin həyata keçirilməsini, debütor, kreditorlarla düzgün hesablaşmaların aparılmasını, bank zəmanət məktublarının alınmasıni bir sözlə bütün bank məhsullarından istifadəni, mühasibatlıq xidmətlərinə isə şirkətlərin mühasibat proqramlarında mühasibat üçotunun qurulması, davamlı şəkildə uçotun aparılması, dövlət orqanlarına bütün növ aylıq , rüblük və illik rəsmi vergi, muzdlu, statistika və s. hesabatlarının təqdim edilməsi, maliyyə hesabatlarının hazırlanması daxildir.

Şirkətin əsas üstünlüklərindən biri də, cloud və onlayn server sistemlərindən istifadə etməklə proqram və bütün sənədlər toplusunun müştərilər üçün 24 saat əlçatanlılığıdır. Yəni şirkətin müştəriləri istənilən vaxt və istənilən yerdən məhdudiyyətsiz şəkildə sənədlərinə və hesabatlarına baxa bilirlər.

20-yə yaxın işçi heyəti və paytaxt Bakıda üç ofisi ilə fəaliyyət göstərən “Qanun mühasibatlıq xidmətləri” MMC daxili heyətin artırılması və regional ofislərin yaradılması istiqamətində iş aparır. Müxtəlif sahələrdə fəaliyyət göstərən 50-dən çox şirkət və fərdi sahibkarların bütün mühasibatlıq, maliyyə, kadr və hüquq xidmətlərini həyata keçirən MMC zəngin korporativ müştəri portfelinə malikdir. Pandemiya dövründə gərgin rəqabət şəraitində fəaliyyətini davam etdirən şirkət peşəkar fəaliyyəti ilə fərqlənməyi bacarıb. Ölkəmizin aparıcı maliyyə və mühsaibatlıq şirkətlərindən biri olaraq sosial məsuliyyət prinsipini də heç zaman diqqətdən kənarda qoymayıb.

Xanoğlan Ramazanov kimdir?

Kifayət qədər gənc olmasına baxmayaraq, bir çox sektorlarda uğurlu sahibkarlıq fəaliyyəti göstərən Xanoğlan Ramazanov Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. İqtisadiyyatın idarəedilməsi ixtisası üzrə ali təhsil alan qəhrəmanımız maliyyə və mühasibatlıq sahəsində də dərin təcrübəyə malikdir. “Qanun mühasibatlıq xidmətləri” şirkəti ilə yanaşı “Hanoglu” və “Xarı Bülbül Aqro” şirkətlərinə rəhbərlik edən X.Ramazanov biznesə müasir baxışı ilə seçilən iş adamlarındandır. Təsadüfi deyil ki, bir çox beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təmsil edən gənc sahibkar rəhbəri olduğu şirkətlərin kollektivinin bilik və bacarıqlarının artırılması məqsədilə həm yerli, həm də beynəlxalq seminarlarda vaxtaşırı olaraq iştirakını təmin edir.

“Qanun mühasibatlıq xidmətləri” elektron hökumət portalında tenderlərlə bağlı bütün lazımi sənədlərin işlənməsi, zaman ardıcıllığına uyğun olaraq sistemə yerləşdirilməsi, dövlət satınalmaları zamanı onların qalib olmasına hüquqi zəmin yaradan sənədlərin hazırlanması sahəsində də peşəkar təcrübəyə malikdir. Xanoğlan Ramazanov qeyd edir ki, kollektivi seçərkən onların bu sahəyə olan sevgisini əsas götürürlər: “Çünki təsisçisi olaraq mən bu şirkəti təsis edərkən böyük çətinliklərdən keçməli oldum. Bu gün ayaqda qalmağımızın əsas səbəbi isə işimizə olan sevgimizdir. Heyət olaraq əməkdaşlıq etdiyimiz şirkətlərin işlərinə öz işimiz kimi yanaşırıq. Qanunun imkan verdiyi bütün imkanlardan yararlanmaqla onları mənfi vergi risklərindən və ya hər hansı bir problemə sürükləyəcək neqativ hallardan sığortalamağa çalışırıq. Qeyd etdiyimiz bütün öhdəliklərimizi sözdə deyil, müqavilə şəklində müştərilərimizə bəyan edirik və müqaviləmizdə ayrıca bəndlə işimizlə bağlı bütün məsuliyyətlərimizi üzərimizə götürürük”.

  •  (0)
  •  (0)