Xoşladığı qız onun görüşünə əri ilə gəldibackend

Xoşladığı qız onun görüşünə əri ilə gəldi

Rusiyada yaşayan məşhur azərbaycanlı bloger Hüseyn Həsənov maraqlı paylaşımı ilə diqqət çəkib.

Hokm.az Musavat.com-a istinadla xəbər verir ki, bloger “İnstagram” səhifəsinin hekayə bölümündə başına gələn maraqlı hadisədən söz açıb.

O bildirib ki, sosial şəbəkədə yazışdığı qızı görüşə dəvət edib. Gözlənilmədən qız onun görüşünə əri ilə gəlib:

“Əgər bir insan sənin xoşuna gəlirsə, həyəcanlanırsan. Onu görüşə dəvət etdim, oturub gözləyirdim. Qız görüşə bir oğlanla gəldi. Sakitcə soruşdum kimdir? Dedi ki, ərim. Mənim halımı təsəvvür edin. Ər-arvad və mən oturmuşuq, mən içki sifariş edirəm, biz içirik və onlar mənimlə foto çəkdirirlər. Bundan sonra görüşə gedəndə qızın manikürünü görmək istəmə bəhanəsi ilə əllərinin fotosunu istəyəcəm. Üzük olub-olmadığını görmək üçün”.

  •  (1)
  •  (2)