Pasterin “Zəngəzur” klipi təqdim olundu – VİDEObackend

Pasterin “Zəngəzur” klipi təqdim olundu - VİDEO

Tanınmış reper Pasterin (Pərviz Quluzadə) “Zəngəzur” trekinin klipi yayımlanıb.

“Çirkin” adlı musiqi albomunun tərkibində işıq üzü görən trekin söz, musiqi və ideya müəllifləri Paster və ODdur.

Klipin əsas mesajı Azərbaycan musiqisinin saz dövründən müasir dövrədək, eyni zamanda Azərbaycan etnik musiqisini müasir rep və elektron musiqi ilə sintez edən təkamülünü, eləcə də Zəngəzur dəhlizinin açılması ilə Azərbaycan müasir musiqisinin qlobal müstəvidə yer almasının müqayisəsini göstərməkdir.

İşin rejissor və operatorluğu Toğrul Rzayevə məxsusdur. Montaj – Emin Əliyev, aranjiman – Mwlood, produser – Amil Hacıyev, icraçı produser – Murad Shuge.

Qeyd edək ki, uzun zamandır səhnələrdən uzaq olan Paster, iyulun 1 Elektra Events Hall-da solo konsert ilə çıxış edəcək. Biletləri www.iticket.az saytından əldə edə bilərsiniz.

  •  (4)
  •  (1)