Bu dəfə Qorqud işıqları söndürəcək! – Aygünün mahnısı onun ifasında – VİDEObackend

Bu dəfə Qorqud işıqları söndürəcək! – Aygünün mahnısı onun ifasında – VİDEO

İyunun 16-dan etibarən Qorqud və Nərmin Kərimbəyovanın ifasında Aygün Kazımovanın məşhur “Qoy işığı söndürüm” mahnısının yeni versiyası bütün musiqi platformalarında və Youtube kanalında yayımlanıb.

Hokm.az-ın məlumatına görə, Qorqud Aygün Kazımovanın yaradıcılığını çox sevdiyi üçün həmişə bu mahnını remeyk etmək arzusunda olub. Onun bu mahnı ilə bağlı çoxlu xatirələri var. Mahnının 2000-ci ildə çıxmasına baxmayaraq, bu gün də sevilib, dinlənilir.

“Qoy işığı söndürüm” mahnısı üçün Nərmin Kərimbəyova Qorqudun təklifini qəbul edərək, layihədə iştiraka razılıq verib və ona dəstək olub.

Qeyd etmək istərdik ki, Qorqudun yaradıcılığı 2015-ci ildə yarımfinaladək yüksəldiyi ilk lisenziyalı “The Voice of Azerbaijan” layihəsi ilə başlayıb.

Çətinliklərə baxmayaraq, o, uzun fasilədən sonra “Qorqud” təxəllüsünü götürərək hər şeyə sıfırdan başlayır. “Bağışla” onun yeni solo karyerasında əsas mahnı olur.

Əlavə edək ki, Qorqud 2023-cü ilin iyulunda Belarusda keçiriləcək “Slavyanskiy Bazar” beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək.

  •  (5)
  •  (1)