Xəyyam Nisanova AĞIR İTKİ – FOTObackend

Xəyyam Nisanova AĞIR İTKİ – FOTO

Tanınmış müğənni Xəyyam Nisanova ağır itki üz verib.

Hokm.az xəbər verir ki, bu barədə o, şəxsi “İnstagram” səhifəsində paylaşım edib.
Xəyyam Nisanova AĞIR İTKİ - FOTO

Müğənninin sözlərinə əsasən, onun uşaqlıq dostu, “Azintex” internet kartlarının yaradıcısı Namiq Budaqov dünyasını dəyişib:

“Bir çox uşaqlıq dostlarım kimi, mənim üçün də 28 avqust həmişə bayram olub, çünki əzizimiz Namiqin ad gününü bütün həyət uşaqlarıyla birgə qeyd edərdik.

O, hamımız üçün ən mehriban, həssas və ürəyiyanan insan olub. Biz bilirdik ki, kiminsə problemi olsa, Namiq mütləq bir çıxış yolu tapmağa kömək edəcək.

6 yaşından bəri kiçik qardaşı kimi həyatda mənə rəhbərlik etdi, özü bildiyi hər şeyi mənə də öyrədərdi – velosiped sürməyi, futbol oynamağı. Birlikdə üzgüçülüyə gedirdik, inşaat sahələrində qaçırdıq, “samokat” sürürdük, ilk videofilmlərə baxırdıq, yıxılıb ayağa qalxırdıq və heç vaxt heç bir şeydən şikayət etməməyi öyrənirdik.

Hörmətli Namiq! Mənə düzgün oğlanın necə davranmalı olduğunu öyrətdin!

Mənə QARDAŞ anlayışının mənasını öyrətdin:

qardaşım həmişə haqlıdır
haqlı olmasan da, yenə mənim Qardaşımsan!

Bax beləcə yaşayırdıq, böyüyürdük, hər şeyi “səncəsinə” bərabər bölürdük – böyük hissə kiçiyə verilirdi…

Namik insanları kasıb və varlılara ayırmırdı, onun üçün hamı bərabər idi, bununla da onu tanıyan hər kəsin hörmətini qazanmışdı.

Hələ 7-ci sinifdə oxuyarkən müəllimin köməyi olmadan, “Bonk” kitabıyla mikrorayonda ingilis dilini öyrənən ilk adam olmuşdu. Bununla o, həyatda hər şeyin real olduğunu və sadəcə səy göstərməli olduğunu sübut etmişdi.

Gənc yaşlarında o, Azərbaycanda ilk internet kartlarını yaratmışdı. Hər kəs “Azintex” kartlarını xatırlayır. Onların yaradıcısı məhz o idi!

Namiq özü maksimum bal toplayaraq instituta daxil olmuşdu!

Onun ən böyük arzusu ABŞ-a getmək idi. Həmişə bu barədə danışardı. Xəyal edirdi ki, Amerikaya getsə, onun tanıyacaqlar və Bill Geyts kimi, onun da haqqında danışacaqlar. Bu arzuyla yatıb-dururdu.

Lakin çox təəssüflər olsun ki, Namiq vaxtsız dünyasını dəyişdi və arzuları yarıda qaldı…

Rahat yat, qardaşım. Səni unutmamışıq və xətrini xoş sözlərlə yad edirik.

Sonda Namiqi şəxsən tanıyan hər kəsdən şərhlərdə bu möhtəşəm İnsanla bağlı xatirələrini bölüşməyi xahiş etmək istəyirəm”.Big.az

  •  (4)
  •  (3)