Xərçənglə mübarizə aparan məşhur aktyor səhnəyə qayıdırbackend

Xərçənglə mübarizə aparan məşhur aktyor səhnəyə qayıdır

Türkiyədə çəkilən “Arka Sokaklar” serialında oynadığı rolla məşhurlaşan, hazırda xərçəng xəstəliyi ilə mübarizə aparan aktyor Boğaç Aksoy yenidən səhnəyə qayıdır.

Hokm.az oxu.az-a istinadən xəbər verir ki, B.Aksoy rejissor Volkan Karataşın çəkilişləri 2022-ci ilin qış aylarında başlayacaq filmi ilə yenidən fəaliyyətə başlayacaq.

Məşhur aktyorun filmdə baş rolu ifa edəcəyi bildirilir.

Hazırda Boğaç Aksoyun müalicəsinin davam etdiyi vurğulanır.

  •  (0)
  •  (1)