Vəfa ərindən danışdı: “Müəyyən səhvləri etsə, boşanaram”backend

Vəfa ərindən danışdı: “Müəyyən səhvləri etsə, boşanaram”

“Bəzən çox xoşbəxt oluram. Fikirləşirəm ki bu insan mənə mükafatdır. Allah mənə əziyyətlər çəkdirdi. Sonra həyat yoldaşım qarşıma çıxdı. Amma birdən elə addım atır ki, deyirəm, ay Allah bu nə idi qarşıma çıxardın?! Bir gün mehriban olarıq, bir gün sərt danışaram”.

Hokm.az sherg.az-a istinadən xəbər evrir ki, bu sözləri “Onun sirri” proqramında müğənni Vəfa Şərifova söyləyib. O həyat yoldaşından bəhs edib:

“Bizi yalnız ölüm ayırmaz. Ayrıla bilərik. Müəyyən səhvləri etsə, boşanaram. Yalandan danışmaq  istəmirəm, deyim ki, dəli kimi sevirəm, bizi ölüm ayırar. Başqa bir qadını sevsə, boşanaram. Məni sevməyən bir insanın həyatında niyə olum ki? İndi isə sevildiyimdən əminəm. Əmin ola bilməyəcəyim nüanslar da var. Mən çətin xasiyyətliyəm. Hər dəfə söyləyirəm ki, mənə sevginin olub-olmadığını sübut et”.

Qeyd edək ki, V.Şərifova iş adamı Famil Xəlilovla evlidir. Onların bir qızları da var.

  •  (1)
  •  (0)