Ustanın Aynişana dediyi söz hər kəsi MAT QOYDUbackend

Ustanın Aynişana dediyi söz hər kəsi MAT QOYDU

Blogger Aynişan Quliyeva şəxsi “Instagram” hesabında paylaşım edib.

Hokm.az xəbər verir ki, Aynişan Türkiyədə olduğu zaman başına gələn maraqlı hadisədən danışıb:

” Bir neçə həftə öncə Türkiyədə idim. Orada maşın kirayələmişdim. Təkərlərində balans problemi olduğundan ustaya getdim. Orada yaşlı bir şəxs mənə yaxınlaşdı. Üzümə baxıb, sanki fikirə daldı. Bundan çox həyəcanladım, sanki mənə enerji göndərdi. Təkərləri təmir etməyə başladı. Bir az sonra mənə yaxınlaşıb dedi: “Yanlış anlamayın, mən sizə bir söz deyəcəyəm. Bir insan digərinə bu qədərmi bənzəyər?!” Mən də zarafatla məni kimə bənzətdiyini soruşdum. “Mənim üçün dəyərli bir insan var idi, sizi ona oxşatdım. Ancaq onu zəlzələdə itirmişəm”. Bunları deyərkən həmin adamın gözləri doldu və ağlamağa başladı.

İşlərini bitirdikdən sonra nə qədər ödəyəcəyimi soruşduqda məndən pul almadı”.big.az

  •  (2)
  •  (1)