Türkiyənin məşhur aktrisalarından olan Hande Soral çəkildikləri filmlər səbəbindən həyat yoldaşı, özü kimi aktyor İsmail Dəmirçi ilə uzun müddətdir görüşə bilmədiyindən danışıb. O, iki ildir ayrı-ayrı şəhərlərdə yaşadıqlarını deyib.
Hokm.az oxu.az-a istinadən xəbər verir ki, aktrisa bu vəziyyətə görə çox çətinlik çəkdiklərini, ancaq müvəqqəti olduğu üçün səbr etdiklərini bildirib. Evliliyin münasibətlərə təsirindən danışdıqda isə Soral onlarda vəziyyətin başqa cür olduğunu deyib:
“Üç ildir evliyik, iki ildir ayrı yaşayırıq. Hələ ki, dəyişməyə vaxtımız olmayıb, yeni evli sayılırıq hələ”, – deyə o əlavə edib.
O, əri ilə birlikdə necə vaxt keçirdiklərindən də danışıb.
“O qədər uzun müddətdir ayrıyıq ki, birlikdə olduğumuz vaxt uzun-uzun söhbətlər edirik. Birlikdə seyr etmək üçün filmlər seçirik. Amma ən çox səyahətə çıxmağı xoşlayırıq”, – deyə aktrisa bildirib.