Türkiyəli müğənninin orqanları sıradan çıxır – FOTObackend

Türkiyəli müğənninin orqanları sıradan çıxır – FOTO

Arıqlamaq üçün keçirdiyi əməliyyatdan sonra sürətli şəkildə çəki itirməyə başlayan türkiyəli tanınmış müğənni və aparıcı Sərən Sərəngilin vəziyyəti yenidən ağırlaşıb.

Hokm.az xəbər verir ki, xəstəxanaya qaldırılan müğənninin mədəaltı vəzi və qaraciyərinin fəaliyyətini dayandırmaq üzrə olduğu müəyyənləşib.

Sosial şəbəkə hesabından vəziyyəti ilə bağlı məlumat paylaşan müğənni yenidən əməliyyat olunana qədər venadaxili qidalanmaya davam edəcəyini bildirib:

“Ağızdan qəbul etdiyim nə bir dərman, nə də qida orqanizmimə müsbət təsir edir. Ona görə də venadaxili qidalanmağım məsləhət edildi. Ötən gecə nəfəs ala bilmədim. Bu gün isə daha yaxşıyam. Dualarınız üçün təşəkkür edirəm”.Sonxeber.az

  •  (0)
  •  (2)