Toya 4 milyon avro xərcləyəcəklər – FOTObackend

Toya 4 milyon avro xərcləyəcəklər – FOTO

Veteran futbolu Devid Bekhem və müğənni Viktoriya Bekhemin böyük oğlu Bruklik uzun müddətdi sevgili olduğu aktrisa Nikola Peltslə evlənmək qərarına gəlib.

Hokm.az xəbər verir ki, cütlüyün toy mərasimi 2021-ci ilin payızında baş tutacaq. Bruklin-Nikola cütlüyü həm İngiltərədə, həm də ABŞ-da toy edəcək.

Mərasimlərə təxminən 4 milyon avro pul xərclənəcək.

Qeyd edək ki, bir neçə gün əvvəl Viktoriya Bekhem oğlunun şəklini paylaşmışdı. Şəkildə Bruklinin barmağında nişan üzüyü diqqət çəkmişdi.

Onu da qeyd edək ki, Nikola Peltsin atası Nelson Pelts ABŞ-ın məşhur iş adamlarındandı və onun sərvəti təxminən 1,7 milyard dollardı. Devid Bekhem də dünyanın ən varlı şəxsləri sırasındadı. Buna baxmayaraq, cütlük toydan əvvəl nigah müqaviləsi imzalayacaq.Qaynarinfo
  •  (0)
  •  (0)