Tənqidlərdən sonra Azərbaycanla bağlı paylaşım etdi – FOTObackend

Tənqidlərdən sonra Azərbaycanla bağlı paylaşım etdi – FOTO

Türkiyədə məşhurlaşan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə sosial mediadakı paylaşımı ilə diqqət çəkib.

Hokm.az xəbər verir ki, sənətçi instaqram hesabında yeni foto paylaşıb. Azərbaycan bayrağı əks olunan köynəklə foto paylaşan aktrisa “Yurdum yuvam məskənimsən” sözlərini yazıb.

Qeyd edək ki, sentyabrın 27-dən Ermənistan ordusunun Azərbaycanın cəbhəyanı bölgələrini atəşə tutması, Azərbaycanın qələbələri ilə bağlı heç bir paylaşım etməyib. Bu səbəbdən azərbaycanlı izləyiciləri Nəsrini tənqid atəşinə tutublar.

Son paylaşımında gələcək rəyləri nəzərə alaraq şərh bölümün bağlı saxlayıb.big.az
Tənqidlərdən sonra Azərbaycanla bağlı paylaşım etdi - FOTO

  •  (0)
  •  (0)