Tarkandan Azərbaycana dəstək paylaşımıbackend

Tarkandan Azərbaycana dəstək paylaşımı

Türkiyənin dünyaca məşhur müğənnisi Tarkan Azərbaycana dəstəyini ifadə edib.

Hokm.az qafqazinfo-ya istinadən xəbər verir ki, pop ulduz 5 milyona yaxın izləyicisi olan İnstaqram səhifəsində Azərbaycan və Türkiyə bayraqlarının yer aldığı foto paylaşıb.

Tarkan bunları yazıb:

“Dualarım qardaş ölkə Azərbaycanla. Xain hücumlar zamanı həyatını itirənlərə Allahdan rəhmət, ailə və yaxınlarına başsağlığı, yaralılara qısa zamanda şəfalar diləyirəm. Çok üzgünəm. Qəlbim Azərbaycan xalqı ilə”.

Azərbaycanlı izləyicilər, tanınmış yerli şou-biznes ulduzları sənətçiyə dəstək üçün təşəkkür rəyi yazıblar.

  •  (0)
  •  (0)