Tanınmış şair-ssenarist növbəti filmini çəkmək üçün İstanbula yola düşdü – FOTObackend

Tanınmış şair-ssenarist növbəti filmini çəkmək üçün İstanbula yola düşdü – FOTO

Tanınmış qiraətçi, şair-ssenarist Nicat Əjdər (Mənalı) Milli Qəhrəman Mübariz İbrahimovun həyatına həsr edilmiş “Mübariz” adlı tam metrajlı bədii filminin çəkilişlərini bitirib, hazırda “Dostum Qardaşım” filminin çəkilişlərinə start verib.

Məlumat üçün bildirək ki, “Dostum Qardaşım” 90 dəqiqəlik tammetrajlı filmdir. Filmin çəkilişlərinə sentyabrın 25-də Türkiyənin İstanbul şəhərində start veriləcək. Çəkilişlər üç ölkədə Azərbaycan, Türkiyə və Özbəkistanda olacaq. Hər üç ölkənin tanınmış simaları, aktyor, aktrisaları filmdə rol alıb. Bu filmin təqdimat mərasimi 6-dan çox Türk dövlətində keçiriləcək.

Xatırladaq ki, hazırda montajda olan “Mübariz” filmi üçün isə ilin sonunda maraqlı bir təqdimat mərasiminin keçiriləcəyi nəzərdə tutulub.

Qeyd edək ki, Nicat Əjdər bir çox şeir və poemaların müəllifidir. O, Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “Şərəfli Ömür” adlı poemasını ilk dəfə (əruz vəznində) yazıb və eyni adla qısametrajlı film çəkib.

Ssenarist “Şərəfli Ömür” adlı qısametrajlı, “Mübariz” və “Dostum Qardaşım” adlı tammetrajlı bədii filmlərinin ssenari müəllifi, eyni zamanda baş prodüsseridir.

  •  (0)
  •  (0)