Uzun müddətdir repçi ASAP Rokki ilə eşq yaşayan müğənni Rihanna, bu dəfə bahalı malikanəsi ilə gündəmə gəlib.
Hokm.az xəbər verir ki, sənətçi 2017-ci ildə Los-Ancelesin Beverli Hills bölgəsindən aldığı evini satışa çıxarıb.
Barbadoslu ifaçı evini alıcılara 7 milyon 800 min dollara (13 milyon 260 min AZN) təklif edir. Rihannanın bu malikanənin satışından əldə olunan gəlirə yeni villa alacağı bildirilir.
Sənətçi bu evi 4 il əvvəl 6 milyon 800 min dollara(11 milyon 560 min AZN) alıb. Rihannannın bu mənzildən yaşadığı bir sıra problemlərə görə köçdüyü bildirilir. Malikanənin 6 yataq 8 vanna idman və kino salonu, billiard otağı var.baku.ws