Şou əhlini pislədi: “Onun ətrafında elə insanlar var ki…”backend

Şou əhlini pislədi: “Onun ətrafında elə insanlar var ki…”

Müğənni Elnur Məmmədov həmkarlarının yanındakı şəxslərdən gileylənib.

Hokm.az lent.az-a istinadən xəbər verir ki, ifaçı “10-da görüşək” verilişində bu sözləri deyib:”İnanırsınız, bizim camiyə o qədər bataqlıqdır. O bataqlıqdan əgər özümü çıxara bilmişəmsə, xoşbəxt insanam. Heç bir sənət dostumu pisləmirəm. Sadəcə bu camiyə çox pisdir.

Sevdiyim, çox hörmət etdiyim sənət dostum var. Onun ətrafında elə insanlar var ki… O insanı elə bataqlığa aparır. Ha deyirsən başa düşmürlər. Bir yaş var. Düzdür, həmin yaş məni yaşımdan daha tez tapdı. Allaha şükür edirəm ki, gözümü tez açdı. Amma çox şeyə dözə bilmirəm. Elə bilirsiniz asandır? Mən öz yaşımda olan insanlara hərdən uşaq kimi baxıram. Hərdən 10 il əvvəlki danışığımız, deyib-gülməyimiz yadıma düşəndə deyirəm ki, bu nə hərəkətdir, bu nə söhbətdir etmişəm”.

  •  (0)
  •  (0)