“Şöhrətimi türkə borcluyam” – Kardi Bbackend

“Şöhrətimi türkə borcluyam” – Kardi B

Dünyaca məşhur repçi Kardi B bir türkün sayəsində şöhrət qazandığını açıqlayıb.

Hokm.az qafqazinfo-ya istinadən xəbər verir ki, Amerika radiosuna müsahibə verən ifaçı bir zamanlar Nyu-Yorkda bir mağazada kassir işlədiyini, müdirinin türk olduğunu qeyd edib.

O, işə tez-tez gecikdiyini, vaxtını striptiz klubda keçirdiyini qeyd edib. Bildirib ki, müdiri onu işə gecikdiyi üçün qovub və gözəl rəqs etdiyi üçün kluba işə düzəldib:

“Mənə dedi ki, maddi sıxıntıların var. Çox gözəl qızsan, qəşəng bədənin var. Niyə striptiz rəqslə məşğul olmursan? Müdirim Bella (Seyhan Eren) bunu deyərək məni striptiz kluba işə düzəltdi. Orada kəşf edildim və məşhur oldum”.

Xatırladaq ki, Kardi B Vətən müharibəsi zamanı sosial şəbəkədə erməniləri dəstəkləsə də, sonradan araşdırma aparmadan paylaşım etdiyi üçün azərbaycanlılardan üzr istəmişdi.

  •  (0)
  •  (0)