“Sizə gül alırlarsa, siz də ot verin”backend

“Sizə gül alırlarsa, siz də ot verin”

Mahnıları qədər sosial şəbəkədəki yazıları ilə də diqqət çəkən müğənni Kardi B bu dəfə “Sevgililər günü” paylaşımı ilə gündəmə gəlib.

Hokm.az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi “Twitter” hesabında, 14 fevralda xanımların sevgililərinə bahalı hədiyyə almalarının vacib olmadığını deyib.

Onun sözlərinə görə, bəylərin xanımlara aldığı hədiyyələr daha bahalı olmalıdır.

““Sevgililər günü”ndə kişilər də qadınlardan hədiyyə ala bilər. Bu onların haqqıdır. Lakin xanımlara alınan hədiyyələr daha bahalı olmalıdır. Xanımlar, əgər bəylər sizə sadəcə gül alırlarsa, siz də ot verin”- deyə, Kardi B bildirib.

Onun bu məsləhəti sosial şəbəkələrdə müzakirə mövzusuna çevirilib.

  •  (0)
  •  (0)