Sinan Akçıl Azərbaycana görə türkiyəli müğənniləri tənqid etdi – FOTObackend

Sinan Akçıl Azərbaycana görə türkiyəli müğənniləri tənqid etdi – FOTO

Türkiyəli müğənni Sinan Akçıl Azərbaycana dəstək olub.

Hokm.az mediapost-a istinadla xəbər verir ki, o, düşməndən geri alınmış ərazilərdə bayrağımızın dalğalandırıldığı kadrları paylaşıb. Fikirlərini dilə gətirən Sinan türkiyəli həmkarlarını da tənqid etməkdən çəkinməyib:

“Gerçək qəhrəmanlıq izləmək istəyirsənsə, bu kadrlara baxın. Bütün qəlbimlə Gəncəyə keçmiş olsun deyirəm. Azərbaycandan (mən də daxil) onlarla pul qazanmış, hər dəfə möhtəşəm qarşılanmış, sevgiyə boğulmuş müğənni dostlarım, siz də bir az daha hissiyyatlı olun!”.

Qeyd edək ki, indiyədək Murat Boz, Seda Sayan, Mahsun Kırmızıgül, Nebahat Çehre, Mustafa Ceceli, Alişan, Tuvana Türkay kimi türkiyəli məşhurlar Azərbaycana dəstək mesajları paylaşıblar.

  •  (1)
  •  (0)