Səyyad Əlizadənin oğlu: “Kim bilərdi ki, mənim taleyim atamın taleyi ilə eyni olar” – FOTObackend

Səyyad Əlizadənin oğlu: “Kim bilərdi ki, mənim taleyim atamın taleyi ilə eyni olar” – FOTO

Mərhum müğənni Səyyad Əlizadənin oğlu Atabəy onunla bağlı paylaşım edib.

Hokm.az xəbər verir ki, sənətçinin övladı sosial şəbəkədə mərhum atası ilə çəkilən fotolarını paylaşaraq onsuz yaşamağın ağır olduğunu bildirib:

“Elə bil yer üzündə tənha qalmışam. Sənsizlik necə ağırmış demə, sənsizlik hökm eyləyir ömrümə. Tez itirdik səni, ata. Həsrətini çəkdik. Kim bilərdi ki, mənim taleyim atamın taleyi ilə eyni olar”.

Xatırladaq, Atabəy bir müddət “ATV” kanalında yayımlanan “Günün sədası” proqramında müğənniliyə başlayacağını deyib. Onun mərhum atası Səyyad Əlizadə bu ilin sentyabrın 30-da müalicə aldığı Mərkəzi Gömrük Hospitalında vəfat edib.

  •  (0)
  •  (0)