Səxavət Nur boşanıbbackend

Səxavət Nur boşanıb

Uzun illərdir Amerikada yaşayan aparıcı Səxavət Nur boşanıb.

Hokm.az xəbər verir ki, bu haqda o, özü açıqlama yayıb. Səxavət bildirib ki, ABŞ-a köçəndə həyat yoldaşından ayrılıb:

“Kiməsə nəyinsə hesbaatını vermək fikrim yoxdur, həyatımı istədiyim kimi yaşaya bilərəm. 2014-cü ildə Amerikada yaşayıram. Bura atamın var-dövləti, oğurladığım pulla gəlməmişəm. Burada pizza çatdıran, aşpaz, taksi sürücüsü, yaşlı insanlara və heyvanlara baxan biri kimi çalışmışam. Oxumuşam və ötən ildən böyük şirkətdə çalışıram. Həyatım qaydasındadır, heç kimin maddi yardımına, sponsorluğuna ehtiyacım yoxdur. Həyatımda bircə dəfə məktəbdə bir oxuduğum sinif yoldaşım, sevdiyim insanla ailə qurmuşam. Övladım da var. Amerikaya gedənə qədər bir yerdə yaşamışıq. Amma müəyyən şeylər var, tutuşmayan hallar olub və yollarımızı ayırmışıq. Dost olaraq münasibətimiz davam edir, arada övladım var. Hamı mənim kim olduğumu bilir, utanacaq nəşə etməmişəm. Evlənməyi düşünmürəm. Evlilik sevgi üzərində qurulmalıdır. Kimsə nəyisə göstərmək üçün evlənir. Hazırda evli deyiləm, subayam”.

Qeyd edək ki, bir neçə gün əvvəl Səxavət Nurun həmcinsi ilə evlənmə xəbəri yayılmışdı. O, məlumatın yalan olduğunu açıqlayıb. //Axşam.az

  •  (0)
  •  (1)