Sevgilisindən ayrılmamaq üçün özünü xərçəng xəstəsi kimi göstərdibackend

Sevgilisindən ayrılmamaq üçün özünü xərçəng xəstəsi kimi göstərdi

Böyük Britaniya vətəndaşı Kevin Bevis üç il ərzində sevdiyi qadından ayrılmamaq üçün xərçəng xəstəsi olduğunu bildirib.

Bu barədə “Daily Mail” məlumat yayıb.

Nəşr qeyd edir ki, Kevin Bevislə Karen Qreqorinin münasibətləri 2016-cı ildə başlayıb. Əvvəlcə hər şey yolunda getsə də, sonradan problemlər yaranıb. Üç ay sonra qadın ayrılmaq istəyib, lakin kişi onu fikrindən daşındıra bilib. 2017-ci ildə K.Bevis sevgilisinə xərçəng xəstəsi olduğu yalanını uydurub. O, hər gün 20 vitamin qəbul edib və onları xərçəng əleyhinə dərman olaraq qələmə verib. K.Bevis Kareni müalicə zamanı onu tək buraxmamağa çağırıb. Qadın ondan ayrılmaq istəsə də, ölüm döşəyində olan birini tək qoyub gedə bilməyib.

Kevin isə dəfələrlə Karenə əl qaldırıb. 2019-cu ildə Karenin qızı onu polisə müraciət etməyə və diaqnozu barədə daha ətraflı öyrənməyə inandırıb.

K.Bevis günahını etiraf edib. Daha sonra mühakimə olunun kişi 18 ay müddətinə həbs edilib. Ona həmçinin Karenə yaxınlaşmaq qadağan olunub.

  •  (1)
  •  (1)