Səməd Səmədovun xanımı efirə gəlib başına gələnləri danışdıbackend

Səməd Səmədovun xanımı efirə gəlib başına gələnləri danışdı

Mərhum Xalq artisti Səməd Səmədovun həyat yoldaşı İradə Qasımova “Təsir dairəsi” verilişində qonaq olub.

Hokm.az Axşam.az-a istinadən xəbər verir ki, o, 1 ildə dörd yaxın insanını koronovirus infeksiyasından itirdiyini açıqlayıb:

“Birinci baldız, sonra bacım, ən yaxın dostum getdi. Səməd nöqtəni qoydu, məni lap yandırdı. Səməd getdi… Çox yaxın adamlarımı itirdim. Səmədlə 45 ildir biz bir yerdə idik. Bu ərəfədə atam, anam, qardaşım və bacım idi”.

Qeyd edək ki, S.Səmədov iyulda koronovirusdan dünyasını dəyişib.

  •  (0)
  •  (0)