Səidə Sultan Röyanın bostanına daş atdı? – “Əttökən danışma, ay xala qızı”backend

Səidə Sultan Röyanın bostanına daş atdı? – “Əttökən danışma, ay xala qızı”

“Eşitdim, kimsə mənim əlimdən tutub səhnəyə gətirib? Amma hələ də aranızda qərara gələ bilməmisiniz, hansınız məni səhnəyə gətirmisiz”.
Hokm.az Sfera.az-a istinadən xəbər verir ki, bunu müğənni Səidə Sultan deyib. O, bu barədə sosial şəbəkə hesabında paylaşım edərək həmin şəxslərə müraciət edib:
“Bir bayram məndən böyüksən, nə vaxt çatdırıb əlimdən də tutub səhnəyə gətirəsən? Əttökən danışma, ay xala qızı. İndi neyləyək ki, sən bacarıqlı oldun, biz isə öz “xod”umuza yavaş-yavaş getdik. Çox şükür bu günümüzə”.
İfaçı ardınca hər aşiqin bir dövranı olduğunu vurğulayıb: “İndi otur, sən bizi izlə”.
Qeyd edək ki, ifaçının bu sözləri izləyicilərin marağına səbəb olub və sözügedən şəxslərin kim olduğunu aydınlaşdırmağa çalışıblar. Müğənni ad çəkməsə də, izləyicilər onun Xalq artisti Röya və ya Natavan Həbibinin bostanına daş atdığını iddia ediblər.
  •  (1)
  •  (0)