Şəbnəm Tovuzlu HƏDƏLƏDİ: Sənin kim olduğunu bilirəm… – Şəmkir İŞİbackend

Şəbnəm Tovuzlu HƏDƏLƏDİ: Sənin kim olduğunu bilirəm… – Şəmkir İŞİ

Müğənni Şəbnəm Tovuzlu qalmaqallı açıqlaması ilə diqqət çəkib.

Hokm.az teleqraf.com-a istinadla xəbər verir ki, müğənni İnstaqramda canlı yayım açaraq ad çəkmədən həmkarlarndan birinin ünvanına sərt sözlər deyib:

“Bəzi xoşagəlməz şəkil və adlarla paylaşımlar oldu. Mənə dəxli olmayan adlardır. Orada adım çəkilməməlidir. Bir qadın da çıxıb açıqlama verir ki, qız övladım, ailəm var. Ailəli olduğuma görə toy mərasimlərinə dəvət edirlər.

Biz də ailəliyik, bizim də övladımız var. Amma abrıma, illərlə əziyyətlə bu səviyyəyə gəldiyimə görə susuram. Sənə görə deyil! Susduqlarıma görə susuram, amma keçmişini unutma. 2008-2009-cu illərdə olduğun halları unutma. Onları ətrafındakılar bilmir, amma mən bilirdim ki, kimsən…

Allah Tacir Şahmalıoğluna can sağlığı versin. Mən hər zaman yaxşılığı bilən insanam. Kim olduğunu, keçmişini unutma! Ailəsinin qədrini bilən xanım evdə sakit oturur, danışmır. Az “ailəm-ailəm” de. Kim olduğunu hər kəs gözəl bilir”.

Qeyd edək ki, ötən gün mətbuatda Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən Şəmkir rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Alimpaşa Məmmədovun cinayət işində adı keçən “Park Kolizey” MTK-nın rəhbəri Famil Xəlilovla (Veyis Xəlilov) müğənnilər Şəbnəm Tovuzlu və Vəfa Şərifovanın da adları çəkilmişdi. Onun Şəbnəm Tovuzlu ilə illər əvvəl sevgili olduğu, Vəfa Şərifova isə ailə qurduğu qeyd edilmişdi.

  •  (0)
  •  (0)