Şəbnəm 2-ci nikahdan olan övladı ilə – FOTObackend

Şəbnəm 2-ci nikahdan olan övladı ilə – FOTO

Müğənni Şəbnəm Tovuzlu ikinci evliliyindən olan oğlu Əli ilə şəklini sosial şəbəkədə paylaşıb.

Lent.az-ın məlumatına görə, ifaçı paylaşımına “Qarşısında qəşəng qız görüb, guya utanır”, – şərhini qeyd edib. Şəbnəmin bu sözləri izləyicilərin xoşuna gəlməyib. Müğənni isə tənqidlərə bu cür münasibət bildirib:

“Siz guya ağıllısınız. Əli baxçada iki dil öyrənir. Bundan başqa üzgüçülüyə gedir, imdanla, hər şeylə tərbiyələnir. Mənim verdiyim tərbiyə qızımdan bəllidir. Hər iki övladım həm savadlı, həm tərbiyəli böyüyür. Məsləhət üçün çox sağ olun”.

Qeyd edək ki, Əli Şəbnəmin ikinci evliliyindən olan övladıdır.

Şəbnəm 2-ci nikahdan olan övladı ilə - FOTO

  •  (0)
  •  (1)