“Sağalacağına yenidən ümidlənmişdim…” – Meyxanaçı Namiq KÖVRƏLDİbackend

“Sağalacağına yenidən ümidlənmişdim…” – Meyxanaçı Namiq KÖVRƏLDİ

“Gecə səhərə qədər Aydın (meyxanaçı Aydın Xırdalanlı – red.) yuxumdan çıxmayıb… Bir az yaxşılaşmışdı. Əhvalı yaxşı idi, gülürdü, bir az da kökəlmişdi”.

Bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu sosial şəbəkədə yazıb.

O, mərhum meyxanaçı Aydın Xırdalanlı ilə bağlı yuxusunu bölüşüb:

“Saatlarla ona həvəsləndirici sözlər dedim, bəzən ixtiyarsız gözümdən yaş gəlirdi, ondan gizlətməyə çalışırdım. Amma hiss edirdim görür. Həm də hiss edirdim ki, əvvəlki kimi məsləhətlərimi qulaq ardına vurmur. Söhbətimiz ona yaxşı təsir edirdi. Xəstəliyini müalicə etmək həvəsi çoxalırdı onda. Sağalacağına yenidən umidlənmişdim. Ayıldım göz yaşıyla, baş ağrısıyla. Aydın isə yanımda deyildi. Allah sənin günahlarını bağışlasın, Aydın. Allah sənə rəhmət eləsin”.publika.az

  •  (0)
  •  (0)