“Rusiyada həyat davam edir, paxıllığım tutur”backend

“Rusiyada həyat davam edir, paxıllığım tutur”

Xalq artisti Tünzalə Ağayeva Rusiyanın paytaxtı Moskvada konsert verib.

Hokm.az Axşam.az-a istinadən xəbər verir ki, müğənni uzun fasilədən sonra səhnəyə çıxmasının təssüratlarını bölüşüb.

Ağayeva səhnə üçün darıxdığını deyib:

“Moskvada yaşayan soydaşlarımıza, sevənlərimizə təşəkkür edirəm ki, mənim mahnılarımı dinlədilər. Çox gözəl axşam oldu. Novruz bayramını fərqli tərzdə yaşadıq. Səhnə üçün darıxdığımı anladım. Moskvada həyat davam edir. Burada Böyük Teatrdan tutmuş bütün mədəniyyət ocaqları fəaliyyətini davam etdirir. Paxıllığım tutur. Çünki biz sənət adamları və tamaşaçıların səhnəyə ehtiyacı var. Ona görə də arzulayıram ki, tezliklə Bakıda konsert zalları açılsın”.

Xalq artisti Elçin Əzizov isə “Rusiyada həyat davam edir” deyərək, onun sözlərinə əlavə edib.

  •  (1)
  •  (0)