Rüfət Axundovu “tarqovu”da döyüb yaraladılar: “Baxdım ki, ayağımdan qan axır”backend

Rüfət Axundovu “tarqovu”da döyüb yaraladılar: “Baxdım ki, ayağımdan qan axır”

ARB TV-nin “Onun Sirri” verilişinin növbəti qonağı ifaçı Rüfət Axundov olub.

Hokm.az xəbər verir ki, sənətçi illər öncə başına gələn dəhşətli hadisədən danışıb:

“1996-97 -ci illər idi, tələbə idim. “Tarqovu” adlanan ərazidə iki gənc oğlan bir xanımın boynundan boyunbağını dartıb qaçdılar. Mən də axasınca qaçdım. Əlbəyaxa olduq. O biri oğlan da yaxınlaşıb ağzımdan təpik vurdu. Ayaq nahiyyəmə də nəysə dəydi. İti alətlə ayağıma vurmuşdu. Fikir vermədim. Bir müddət sonra hiss etdim ki, ayağım taqətdən düşdü. Baxdım ki, ayağımdan qan axır. Ayağımda indiyədək izi qalıb”.

  •  (1)
  •  (0)