Röyadan şiddət görən qadınlara DƏSTƏK – FOTObackend

Röyadan şiddət görən qadınlara DƏSTƏK – FOTO

Xalq artisti Röya Ayxan şiddət və zorakılıqla üzləşən qadınlara dəstək olub. 

O, bununla bağlı “Instagram” hesabında paylaşım edib:

“Heç bir kəs düşünməsin ki, qadın zəifdir və onu əzə bilər. Bəzi hallarda yanınızdakı dostlar “Heç nə edə bilməzsən”, “Onsuz həmişə belə olacaq”, “Döz! Döz! Döz!” deyəcək. Axırda da gəlib hamının qarşısında səni öldürür.

Ona görə də heç kimə qulaq asmayın. Hər bir insanın qorxduğu yer, şəxs var əlbət. Ən əsası qanun var.

Nə badə siz şiddət görüb də susasınız. Anında lazımi qurumlara müraciət edin. Mən də sizin yanınızdayam!”

  •  (0)
  •  (0)