Röyadan Flora Kərimovaya cavab: “Məni sıxmayın”backend

Röyadan Flora Kərimovaya cavab: “Məni sıxmayın”

Xalq artisti Röya Ayxan Flora Kərimovanın onunla bağlı dediklərinə cavab verib.

Hokm.az axşam.az-a istinadən bildirir ki, müğənni Kərimovanın videosunu İnstaqram-da yayımlayaraq bunları qeyd edib:

“Çox sevindim, əvvəlki kimi məni sevməyə başladınız. Rica edirəm ki, başqalarına əsəbiləşib məni sıxmayasınız. Ürəyimdə hamının bir yeri var. Sizə uzun ömür arzu edirəm”.

Qeyd edək ki, F.Kərimova illərdir küsülü olduğu Röya ilə bağlı “ATV maqazin onlarla” proqramında “Çox illər əvvəl o mənim  qızıma dedi ki, anana yiyə dur. Röyaya o sözü bağışlamadım. Bir dəfə ondan qisasımı aldım. Röyanın ürəyi var. Bilirsiniz o, mənə kimi xatırladır? Yeni doğulan körpə uşaqlar olur, onu bələmək, sığallmaq istəyirsən. Onları xatırladır” sözlərini söyləyib.

  •  (0)
  •  (0)