Rəhim Rəhimli 20 il əvvəl ölkəni tərk etməsindən danışdı: Hamı elə bilirdi Türkiyədəyəm, amma…backend

Rəhim Rəhimli 20 il əvvəl ölkəni tərk etməsindən danışdı: Hamı elə bilirdi Türkiyədəyəm, amma…

Müğənni Rəhim Rəhimli bu günə qədər sirli qalan, hər kəsin müxtəlif şəkildə fikirləşdiyi 20 il bundan əvvəl ölkəni tərketmə səbəbi barədə ilk dəfə danışıb.

Hokm.az xəbər verir ki, sənətçi gediş səbəbini belə izah edib: “Hər kəs müxtəlif fikirlər səsləndirir bu barədə. İlk dəfə açıqlayacam. Məcburi, kiminsə təkidi ilə getməmişəm. Sadəcə bəzi insanlarla aramda sözümün çəp gəlməsindən incimişdim. Buna görə ölkəni tərk etdim. Ancaq gedəndə 5 günlük, 1 həftəlik düşünürdüm. Elə olmadı… 5 il qaldım… Və etiraf edim ki, hamı Türkiyədə olduğumu zənn etsə də, orada deyil, Moskvada oldum uzun müddət”.

Sənətçi bayağı hesab olunan mahnılardan da danışıb: Bayağı nə deməkdir? Heç kim başa sala bilmir. İndiki mahnılar anlaşılmır. Sosial şəbəkələrdə baxış sayı ilə ölçülür. Qəribəsi odur ki, o mahnıların kütləsi də var. Biz sənətə gələndə belə düşünmürdük. Eldar Mansurov, Vaqif Gərayzadə, Faiq Sücəddinov dəsti-xətlərindən əsər-əlamət qalmayıb”.

R.Rəhimli efirlərdə hazırda yayımlanan proqramlardan da narazılıq edib: “Baxıram efirlərə. Məni dəvət edirlər… Deməli, biri ailəsindən boşanıb, biri küsüb, birinin ailə problemi müzakirə olunur. Sənətçini də saatda 1 dəfə ancaq oxumağa çağırırlar. Mənim nə işim var elə proqramda? Bu sənətçiyə, sənətə olan ən böyük təhqir və hörmətsizlikdir”.publika.az

  •  (0)
  •  (0)