Ramal ilk dəfə boşanma xəbərindən DANIŞDIbackend

Ramal ilk dəfə boşanma xəbərindən DANIŞDI

“Atam-anam hər zaman deyir dəyərini bil. Sevənlərim mənə öyrədir ki, daha məsuliyyətli olmalısan. Çalışıram səliqəli, cızığımdan çıxmayan musiqilər ifa edim”.

Hokm.az xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Ramal İsrafilov “Gün ortası” proqramında deyib. Sənətçi ona tənbəl deyənlərə cavab verib:

“Dahi Məhəmməd Füzulinin sözlərinə romans yazmışam. Çəkinirəm bu haqda danışmağa. Amma çəkindikcə, batıram. İki böyük romans yazmışam, estrada ilə yanaşı bununla da məşğul oluram”.

Ramal bəstələrinə aldığı qonorardan danışıb:

“Pul söhbəti olanda, Vaqif Gərayzadə deyirdi ki, bazara gəlmişiniz? Pul əziyyət, aranjiman üçün alınır. Həmin pulu həm aranjimana istifadə edirəm, həm də dolanıram. Bir mahnının aranjimanı 4-5 min edir. Bayağı mahnı yoxdur, aranjiman var.

Məni bir gecənin içində Elza Seyidcahanın mahnısı tanıtdı. “Həsrət nəğməsi” oxudum, gecə radioda səsləndi, səhər durdum ki, hamı ondan yazır.

Mənə hamı tənbəl deyir. Kim nə vaxt çağırıb, gəlmişəm. Tənbəl deyə-deyə tədbirlərdən uzaqlaşdırılmışam. Amma dəvət olunduğum yerə hamıdan əvvəl getmişəm. Bəzi mahnılarımı oxuyan sənət dostlarım məni tədbirlərdən uzaqlaşdırır. Çalışıram onlarla onlar kimi olam.

Son üç-dörd ildir Allaha istedadıma görə təşəkkür edirəm. Əvvəl dəyərini anlamırdım”.

Müğənni boşanması haqda yayılan xəbərlərə “Boşanan adam balasından danışmaz. Niyə boşanım? Allah bütün ailələri saxlasın, mənimki də içində. Bir mahnı yazdım “Boş andıq”, hamı səhv anladı. Anam zəng edib ki, nə olub? Boşanmamışam” cavabını verib./Axşam.az

  •  (0)
  •  (0)