“Qardaşlarımızın yolunu gözləyirik” – sənətçilərimizin qızlarından əsgərlərə DƏSTƏK – FOTObackend

“Qardaşlarımızın yolunu gözləyirik” – sənətçilərimizin qızlarından əsgərlərə DƏSTƏK – FOTO

Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan və xalq artisti Mələkxanım Əyyubovanın qızı Nəzrin Nəcəfova sosial mediadakı hesablarında hər bir Azərbaycan vətəndaşı kimi orduya gedən əsgərlərimizə dəstək olublar.

Hokm.az xəbər verir ki, Nəzrin və Aynişan Şəhidlər Xiyabanında əllərində bayraqla foto çəkdirib instaqram hesabında paylaşıblar.

Aynişan paylaşımına “Torpaq uğrunda ölən varsa Vətəndir. Yaşasın ordumuz! Qardaşlarımızın yolunu gözləyirik. Qələbə bizimlədir. Qarabağ Azərbaycanındır!” sözlərini yazıb.

Nəzrin isə “Yaşasın Azərbaycan ordusu! Allah əsgərlərimizi qorusun. Qələbə bizimdir! Qarabağ Azərbaycandır!” sözlərini yazıb.big.az

  •  (1)
  •  (0)