“Qadını ərə getmək xoşbəxt edir” – Tünzalə Ağayevabackend

“Qadını ərə getmək xoşbəxt edir” – Tünzalə Ağayeva

Xalq artisti Tünzalə Ağayeva “MTV özəl” proqramının qonağı olub.

Hokm.az axşam.az-a istinadən bildirir ki, müğənni ona tez-tez ünvanlanan “Tünzalə xanım, çox gözəl gözrünürsünüz, yoxsa aşiq olmuşunuz” sualına cavab verib:

“Əslində həyatımda yeni heç nə baş verməyib. Nə dünyaya uşaq gətirmişəm, nə də ərə getmişəm. Adətən qadını belə şeylər xoşbəxt edir. Mən isə həyatımda sevilən ana, qadın və sənət adamı kimi xoşbəxtəm. Baxmayaraq ki, birdən-birə pandemiya dövrü başladı və bu sənət aləminə ciddi ziyan vurdu, sarsıtdı. Amma yenə də tamaşaçı öz sənətkarını axtarır”.

T.Ağayeva bir müddət əvvəl “Məşhurluqdan iyrənirəm” sözlərinə aydınlıq gətirib:

“Məşhurluğa hərdən nifrət etmişəm. Daha doğrusu, kulis arxasında arzuolunmaz hadisələr görmüşəm. Demişəm, mən niyə buradayam? Zamanında dəyərli bəstəkarlar demişdi ki, sənə çətin olacaq. Görəcəyin hadisələrdən fərqlisən. Kamerada bir, arxada başqadılar. Mən musiqini səhnədə ifa edən artistəm, həyatda yox. Artist ola bilmirəm, alınmır məndə”.

  •  (1)
  •  (1)