Özcan Dənizdən keçmiş xanımı haqqında ŞOK SÖZLƏRbackend

Özcan Dənizdən keçmiş xanımı haqqında ŞOK SÖZLƏR

“Lütfən məni danışdırmayın… Hadisə haqqında ona görə danışıram ki, həqiqət ortaya çıxsın. Bəziləri mənim ziyarət günüm olmadığı halda qapını döydüyümü, məktəbə oğlumu mənim aparmalı olduğumu deyir. İllərdir ki, bu ölkənin vergisini verən, insanları işlə təmin edən, sənətlə məşğul olan adamı düşünmədən əzməyə çalışanlar var. Onlara daha çox fürsət vermək istəmirəm”.

Hokm.az Publika.aza istinadən xəbər verir ki, bu sözləri məşhur aktyor, müğənni və rejissor Özcan Dəniz “Bu sabah” verilişində deyib. Keçmiş həyat yoldaşı ilə qalmaqallı görüntülərindən söz açan ulduz ilk dəfə bu barədə açıqlama verib. O, bildirib ki, qadınların çoxu kişidən pul qopartmaq üçün boşanır:

“Qadınların çoxu pul qopartmaq üçün boşanır. Olan uşaqlara olur. Çünki işsiz-gücsüz qadınlar boşansa da, ömür boyu işləmədən rahat keçinməyin yollarını axtarır. “Səni məhv edərəm”, “Övladımı bir daha görə bilməzsən” kimi sözlər havada uçur. Ən çox uşaqlar zərər çəkir. Aliment dərdim yoxdur. Oğluma yaxşı ana olsun! Gəlsin nəyim var, nəyim yoxdur canımla bərabər hamısını alsın. Amma vəziyyət belə deyil”.

Xatırladaq ki, cütlük ötən il boşansa da, aralarındakı gərginlik bitmir. Bu yaxınlarda sosial şəbəkədə Özcan Dənizin Feyza Aktənən evinin qarşısında mübahisə görüntüləri yayılıb.

  •  (0)
  •  (0)