Onu təhqir edən izləyicisini polislə hədələdibackend

Onu təhqir edən izləyicisini polislə hədələdi

“Ailəli xanımam, tanış olmaq olmaz. Canlıya girəndə çox şey yazırlar. Ciddiyə almaq istəmirəm”.

Hokm.az axşam.az-a istinadən bildirir ki, bu szöləri aktrisa Zümrüd Qasımova İnstaqramda canlı yayımda olarkən deyib. Sənətçi ünvanına təhqir yazan izləyicisini hədələyib:

“İndi gedib polisə verəcəm. Tutub aparacaqlar, üzr istəyəcək, yalvaracaq, videosun çəkib yayacaqlar. Ona görə də özünüzü yığışdırın. Kimsə məni bəyənməyə bilər. Gücləri elə sosial şəbəkədə yazmağa çatır. İndi İnstaqramda adam tapmaq çox asandı. Canlı yayımdan sonra həmin adam da cəzasını alacaq.

Deyirsiz, baş qoşmayın. Mənə az adam xoşagəlməz nəsə yazır. Xoşuma gəlmir kişini kamera qabağına qoyub üzr istətməkdən. Etməyin belə”.

Z.Qasımova depressiyada olduğunu da etiraf edib:

“Sarı saçlardan yoruldum. İstəyirəm onları lap qısa kəsdirim. Xanımlar depressiyada olanda ya saç kəsdirir, ya da pulu varsa paltar alır. İndi də pandemiyadır, pul yoxdur”.

  •  (0)
  •  (0)