Nazilə Səfərli: “Səhnədə soyunmaq cəsarətdir!” – FOTObackend

Nazilə Səfərli: “Səhnədə soyunmaq cəsarətdir!” – FOTO

“Quş ürəyini titrək bilirik, quş beynini ağılsızlara misal çəkirik, amma bir quşun ürəyi bir insanda yox ki, uca dağdan dərəyə şığıyıb ağzında ov qaldırsın”.
Hokm.az xəbər verir ki, bu sözləri şairə Nazilə Səfərli şəxsi instaqram səhifəsində yazıb.

Qalmaqallı fikirləri ilə diqqət çəkən Səfərli fikirlərinə belə davam edib:
“Səhnədə soyunmaq, vücudunun çıxıntılı əzələlərinin səsini önünə çıxarmaqla sənətinin əskikliklərini maskalamaq sənət deyil! Cəsarətdir! Cəsarətin də bir sərhədi vardır…”
Nazilənin bu paylaşımı sosial şəbəkə istifadəçilərinin müzakirələrinə səbəb olub. Onların bəziləri paylaşımdakı “Səhnədə soyunmaq cəsarətdir!”  fikirlərinə qarşılıq olaraq “Cəsarət deyil, abırsızlıqdır!” sözlərini yazıblar.
  •  (0)
  •  (0)