Nadirə yalnız bu ölkə tamaşaçısı səs verib – RƏSMİbackend

Nadirə yalnız bu ölkə tamaşaçısı səs verib – RƏSMİ

“Avroviziya”nın rəsmi saytı yarımfinallar və final üzrə səsvermələrin nəticələrini açıqlayıb.

Hokm.az xəbər verir ki, Azərbaycan təmsilçisi Nadir Rüstəmlinin iştirak etdiyi ikinci yarımfinalda aşağıdakı ölkələrin peşəkar münsif heyəti səs verib:

– İspaniya – 12 xal;

– Almaniya – 10 xal;

– Serbiya – 8 xal;

– Böyük Britaniya – 8 xal;

– Finlandiya – 7 xal;

– Kipr – 6 xal;

– Estoniya – 6 xal;

– İsveç – 5 xal;

– Çernoqoriya – 5 xal;

– Malta – 4 xal;

– Çexiya – 4 xal;

– Gürcüstan – 4 xal;

– San-Marino – 4 xal;

– Avstraliya – 3 xal;

– Polşa – 3 xal;

– Rumıniya – 3 xal;

– Belçika – 3 xal;

– Şimali Makedoniya – 1 xal.

Mayın 14-də baş tutan finalda N. Rüstəmliyə bu ölkələrin peşəkar münsif heyəti səs verib:

– İspaniya – 12 xal;

– Serbiya – 12 xal;

– Yunanıstan – 12 xal;

– Kipr – 10 xal;

– San-Marino – 7 xal;

– İsveç – 7 xal;

– Böyük Britaniya – 7 xal;

– Almaniya – 6  xal;

– Ukrayna – 5 xal;

– Şimali Makedoniya – 4 xal;

– Finlandiya – 3 xal;

– Estoniya – 3 xal;

– Bolqarıstan – 3 xal;

– Albaniya – 3 xal;

– Belçika – 3 xal;

– Malta – 2 xal;

– Avstraliya – 2 xal;

– Moldova – 1 xal;

– Çernoqoriya – 1 xal.

Peşəkar münsif heyəti N. Rüstəmlinin çıxışını toplam olaraq 103 xalla qiymətləndirib.

Tamaşaçı səsverməsində isə təmsilçimiz 3 xal toplayıb. N. Rüstəmliyə yalnız Gürcüstan tamaşaçıları səs verib.

N. Rüstəmli 106 xalla 16-cı yerdə qərarlaşıb.

  •  (0)
  •  (1)