Müğənni keçmiş arvadının maşınını da əlindən aldıbackend

Müğənni keçmiş arvadının maşınını da əlindən aldı

Aktyor Özcan Dənizlə keçmiş arvadı Feyza Aktan arasındakı qalmaqal bitmək bilmir.

Hokm.az axşam.az-a istinadən xəbər verir ki, oğulları Kuzey üçün qəyyumluq davası açan tərəflər bu dəfə avtomobil məsələsində üz-üzə gəldilər.

İllərdir Özcanın adına olan avtomobildən istifadə edən Feyza polis tərəfindən saxlanılıb. Sürdüyü maşının sığorta vaxtının bitdiyi öyrənilən Aktan nə qədər çalışsa da, polisləri yola gətirə bilməyib, maşın dayanacağa aparılıb.

Feyza borcu ödəmək istəsə də, maşın sənətçinin adına olduğu üçün qəbul olunmayıb. Bu hadisədən sonra Özcan avtomobili Feyzadan geri alıb.

Deniz sevgilisi Samar Dadgara 1 milyonluq maşın alıb. Sənətçinin Feyzadakı maşının sığorta vaxtının bitdiyini bilib, qəsədn sevgilisinə eyni vaxtda avtomobil aldığı iddia elib. Maşınsız qalan Aktan hazırda evindən çıxmır.

  •  (1)
  •  (1)