Müğənni Damladan müzakirələrə səbəb olacaq paylaşım – FOTObackend

Müğənni Damladan müzakirələrə səbəb olacaq paylaşım – FOTO

Müğənni Damla sosial mediada hesabında etdiyi paylaşımla gündəmə gəlib.

Hokm.az xəbər verir ki, o, instaqram səhifəsinin hekayə hissəsində fanatına aid şəklini bölüşməsi ilə müzakirələrə səbəb olacaq addım atıb.

Belə ki, paylaşılan fotoda müğənninin pərəstişkarlarından birinin öz qolunda sənətçinin adını qeyd etdiyi görünür. Lakin həmin şəxs canına xəsarət yetirməklə Damlaya olan sevgisini ifadə etməyə çalışıb.

Müğənni isə fanatına xitabən belə yazıb: “Canım fanatlarım, sizi belə görmək istəmirəm. Can Allahın əmanətidir. Belə etməklə məni üzürsünüz. Hamınızı sevirəm. Bu fanatımla mütləq görüşəcəyəm”.

Daha sonra Damla instaqram hekayəsindən həmin paylaşımı silib.ölkə.az

  •  (0)
  •  (0)