Bloqer Hüseyn Həsənov tədbirlərə mühafizəçi ilə gəlir.
Hokm.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyada tanınmış bloqer Karina Kross deyib.
“Hamı gəldi, Hüseyn isə mühafizəçisi ilə idi! Biz pilləkəndə qarşılaşdıq və o mənə salam verdi. Mənim üçün çox xoş oldu. Öz-özümə fikirləşdim: “İşə bax ha!””, – deyə qız bildirib.
Gənc bloqer etiraf edib ki, Hüseynova olan xüsusi münasibəti onun erməni dostu David Manukyanı qısqandırıb və onunla mübahisəsinə səbəb olub.
“Mən Anna Semenoviçin iştirakı ilə çox maraqlı bir videorolik düşünmüşdüm. Ancaq Hüseynin də videomda çəkilməsini istəyirdim. Anna onunla bir yerdə klipdə iştirak etdiyi üçün onun vasitəsi ilə Hüseynə xahişimi çatdırdım. Ancaq o, cavab vermədi. Düşündüm ki, yaxşı, mən indi elə edəcəyəm ki, özün yanımda olacaqsan. Bir video hazırladım. Süjetə əsasən mən onunla görüşə gedirəm, o isə çox məşğul olduğundan öz əvəzinə mühafizəçisini və şəklini göndərir… O, videonu bəyəndi. Həmin vaxt Dava məndən bərk incidi, deyəsən qısqanmışdı. Mənim bu hadisəyə sevinməyim onun xoşuna gəlməmişdi”, – deyə Kross bildirib.
Qeyd edək ki, H.Həsənov Rusiyada anadan olub, əslən azərbaycanlıdır. Bloqerlik fəaliyyəti ilə məşğul olan H.Həsənov hazırda sahib olduqlarına görə, elə özünə borcludur. O, Rusiyada ən populyar bloqerlərdən biridir.
İş adamının 14 milyondan çox “Instagram” izləyicisi var. Sosial şəbəkədə böyük auditoriyaya sahib olan H.Həsənov müxtəlif oyunlar keçirməklə sosial media hesablarını inkişaf etdirir. O, restoran biznesi ilə də məşğul olur və şəxsi geyim markası var. Bakıya tez-tez gələn H.Həsənov burada da gənclərin diqqət mərkəzində olan məşhurlardan biridir.