Məşhur aktyorun son halı diqqət çəkdi – FOTOLARbackend

Məşhur aktyorun son halı diqqət çəkdi – FOTOLAR

Türkiyəli məşhur aktyor Murad Yıldırım “Qızıl Obyektiv” mükafatlandırma gecəsinə həyat yoldaşı İmane Elbani ilə birlikdə qatılıb.

Hokm.az xəbər verir ki, aktyor gecədə “İlin aksiyon serial aktyoru” və “İlin aksiyon serialı” mükafatlarına layiq görülüb. O, tədbirdən olan fotolarını instaqram hesabında paylaşıb.

Lakin izləyicilər aktyorun görünüşünü daha çox müzakirə ediblər. Onlar Muradın simasında dəyişiklik olduğunu bildiriblər.

Aktyorun ünvanına “Muradın çox fərqli göründüyünün fərqində olan tək mənəm?”, “Murad Yıldırım niyə Murat Yıldırıma bənzəmir?”, “Fotodakı Murad Yıldırımdır, yoxsa dublyoru? Nəsə qəribə görünür”, “Düşünürəm ki, ya bir filtrdir, ya da dərisini cavanlaşdırıb” kimi şərhlər yazılıb.

unikal.org

  •  (0)
  •  (0)