“Mən istəsəm, kimisə qəbul edərəm” – Aysel üçüncü dəfə ailə qurmasından danışdıbackend

“Mən istəsəm, kimisə qəbul edərəm” – Aysel üçüncü dəfə ailə qurmasından danışdı

Məşhur bloqqer Aysel Şükürova sosial şəbəkə istifadəçilərinin suallarını cavablandırıb.

Hokm.az big.az-a istinadla xəbər verir ki, bir müddət əvvəl ikinci həyat yoldaşı Oqtay Əhmədovdan ayrılan Aysel Şükürova şəbəkə istifadəçisinin “Keçmişə qayıtmaq istərdiniz? sualına maraqlı cavab verib.

“Heç vaxt… Keçmiş keçmişdə qaldı. İnsan canını götürüb qaçdığı yerə bir kərə qayıtmaq istəməz. Ancaq irəli”, – deyə o bildirib.

Aysel Şükürova heç vaxt xəyanəti bağışlamayacağını da söyləyib. “Həyat yoldaşınıza heçmi şans verməyəcəksiniz?” sualına isə “Şans verdik nə oldu?” cavabını verib.Aysel Şükürova yenidən ailə qurmasından da danışıb: “Mən istəsəm, kimisə qəbul edərəm. Bundan sonrakı planımda evlilik yoxdur. Ancaq iş və uşaqlarım”.

O, “Kasıb bir insanla evlənərsiniz?” sualını isə “Mənim 27 yaşım var. İndiyə qədər pul mənim üçün ən arxa planda olub. Pulu ilə at oynadanları həyatımdan uzaqlaşdırmışam. Buna ən yaxınlarım da daxildir. Özüm də pulumu təkbaşıma əziyyətlə qazanıram. Yəni varlı deyiləm. Sevgi hər şeydən üstündür”,- deyə cavablandırıb.
Aysel Şükürova gələcəkdə qız anası olmaq istəmədiyini də etiraf edib:

“Qadın olmağın çətinliklərini bilirəm. Çünki qızım olsa və mənim həyatımı yaşasa havalanaram. Üç oğlum var və bundan sonra evlənmək fikrim yoxdur. Amma nə vaxtsa imkanım əl versə uşaq götürüb saxlayaram”.

Qeyd edək ki, Aysel Şükürova Bakı Lift Təmir İstehsalat Birliyinin keçmiş baş direktoru Qüdrət Şükürovun qızıdır.
Aysel Şükürova iki dəfə evli olub. Onun birinci həyat yoldaşı Elşən Əsgərli adlı şəxs olub. Aysel Şükürova 400 min manatlıq toyu ilə gündəmdə idi.

  •  (0)
  •  (0)