Konsertə tələsən azərbaycanlı məşhur müğənni AĞIR QƏZAYA DÜŞÜB: Çiyni sınıb – FOTObackend

Konsertə tələsən azərbaycanlı məşhur müğənni AĞIR QƏZAYA DÜŞÜB: Çiyni sınıb – FOTO

“Eşitdiyimə görə ölümdən döndüyünüz bir hadisə olub”.

Milli.Az xəbər verir ki, bunu aparıcı Vüsalə Əlizadə verlişində qonaq olan müğənni Rövşən Əzizə bildirib.

Sənətçi aparıcının sözlərini təsdiqləyərək, başına gələn o qorxunc qəzadan danışıb:

“Bu qəza demək olar ki, 7-8 il əvvəl olub. Həmin qəzadan sonra bir də o hadisəni düşünmək istəmirdim, yadıma salmırdım ki, adam bir az narahat olur.

Mən Allahımdan çox razıyam. Bir məclisdə idim, rayondan gəlirdim. Maşını da dostum idarə edirdi, səhərə yaxın idi.

Hər şey qismətdir e, saxlamaqla deyil. Mən məclisdə olanda başqa bir rayondan dostlarım eşitmişdilər ki, Rövşən filan şəhərdə məclisdədir. Axşam idi – saat 11, toyun axırına yaxın idi. Gördüm dörd-beş nəfər dostum gəldilər ki, “Rövşən, gəlmişik səni “oğurlamağa”. Elə bil qismətdir e.

Məclisdən çıxdıq, bunlar məni dostumla birgə aparıb qonaq etdilər. Dedilər ki, “qal burada, biz sənə yer ayarlamışıq. Bu gün bizim qonağımız ol. Səhər açılar, sağ-salamat gedərsiniz”. Mənim də səhər sarayda bir tədbirimiz var idi. Dedim “Yox, nə olursa olsun, mən getməliyəm”. Mən də söz verdimsə dediyim vaxtda, dediyim yerdə olmağı sevirəm. Nə qədər israr etsələr də ki, qalın, səhər çıxarsınız, razılaşmadım. Gecə elə oldu ki, Bakıya yola çıxdıq.

Yolda qəzaya düşdük. Bir dənə o yadımda qalıb ki, dostum sükan arxasında yatdı. Gördüm maşın manevrin dəyişdi, mən sükanı onun əlindən alanda “reski tormoz” verdi. Sol çiynim sükana dəydi, çiynim sınmışdı, bir də avtomobilin ön şüşəsi qırılaraq gözümün altını bıçaq kimi kəsmişdi.

Dostum qayıtdı ki, “bu nə idi başımıza gəldi?!” İnanırsınız ki, birinci sözüm o oldu ki, “Darıxma, Allaha şükür”. O an səsimi yoxladım ki, batmayıb, səs tellərimə nəsə olmayıb, gördüm hər şey qaydasında. Dedim “Hər şey əladır, əsas da səsim yerindədir, narahat olma. Bu olmalı idi. Şükür Allaha, nə məsləhət bilirsə, biz ona razıyıq”.

  •  (0)
  •  (1)