“Keçmiş sevgilim məni tələyə saldı”backend

“Keçmiş sevgilim məni tələyə saldı”

Sonuncu dəfə “Yasak elma” və “Masal şatosu” kimi ekran işlərində çəkilən aktrisa Ayşegül Çınar həbs edilib.

Hokm.az  axşam.az-a istinadən bildirir ki, məkanlardan birində dostları ilə əylənən aktrisa evə qayıdan zaman yol polisi yoxlama həyata keçirib.

Yoxlama zamanı onun maşınından narkotik maddə tapılıb. Daha sonra Çınar saxlanılaraq,  polis şöbəsinə aparılıb.

Avtomobilindən narkotik maddə çıxan Ayşegül “Narkotik maddə mənə aid deyil. Heç vaxt ondan istifadə etməmişəm. Bunu keçmiş sevgilim etdi. O, məni tələyə saldı” – deyərək, polislərə etiraz edib.

  •  (0)
  •  (0)