“İnstaqramda yazılan şərhlər məni həyata küsdürdü”backend

“İnstaqramda yazılan şərhlər məni həyata küsdürdü”

Çalışıram ki, uşaqlarımla foto paylaşmayım. Əvvəl edəndə də şərh bölümünü bağlayırdım.

Hokm.az axşam.az-a istinadən bildirir ki, bu sözləri aşıq Samirə Əliyeva “Söhbət var” proqramında deyib. O bildirib ki, sosial şəbəkədə yazılan mənfi rəylər onu depressiyaya salıb:

“İnstaqramı sildim, çünki şərhlər mənə psixoloji təsir edirdi. Çox pis olurdum. Həyatdan küsürdüm. Sonra yenidən İnstaqram açdım. Amma indi ancaq mənim istədiklərim şərh yaza bilir. Kimsə saxta səhifə açır, gəlir ağzına gələni yazır.

Çalışıram insanları qıcıqlandırmayım. Pandemiya və müharibə dövründə ehtiyatla davrandım”.

  •  (0)
  •  (0)